Qaydalar
İstifadə şərtləri və qaydalar
İPTV AZƏRBAYCAN
Abunəlikdən imtina
Qərar verməyinizi asanlaşdırmaq üçün bütün potensial müştərilərə xidməti yoxlamaq və qiymətləndirmək məqsədilə 24 saatlıq test imkanı təqdim olunur. Bu müddət ərzində xidmətin cihazınızda və internet bağlantınızda necə işlədiyini yoxlaya bilərsiniz. Abunəlik aktiv edildikdən sonra xidmətin işləməsinə mane olan problem bizim tərəfdən qaynaqlanır və texniki dəstək tərəfindən həll edilə bilmirsə, abunəliyi ləğv edib ödənişinizin geri qaytarılmasını tələb edə bilərsiniz. Qeyd edək ki, "fikrimi dəyişdim", "istifadə etmək istəmirəm", "kanallara baxmıram" və ya buna bənzər şəxsi səbəblərlə ödəniş geri qaytarılmır. Bunun üçün xidməti əvvəlcədən yoxlamaq məqsədilə təqdim olunan 24 saatlıq test müddətindən istifadə etməyiniz tövsiyə olunur. 24 saatlıq müddət başa çatdıqdan sonra abunəlik üzrə geri ödəniş həyata keçirilmir. Xidmətlə bağlı texniki problemlər yarandıqda isə istənilən vaxt bizimlə əlaqə saxlaya bilərsiniz. Texniki dəstək xidmətimiz problemlərin operativ araşdırılması və həlli üçün fəaliyyət göstərir. Abunəlik heç bir uzunmüddətli öhdəlik yaratmır. Növbəti ödəniş dövründə ödəniş etmədiyiniz halda xidmət avtomatik dayandırılır və sizdən əlavə ödəniş tələb olunmur.
Premium (ödənişli) playerlər
Premium playerlər bonus, endirim və ya hədiyyə olaraq aktiv edildiyi halda, abunəlik müddətiniz bitənədək aktiv qalır. Əgər siz başqa bir İPTV şəbəkəsinə keçsəniz və ya abunəliyi dayandırsanız əvvəlki abunəliyiniz 6 aydan az müddəti əhatə edirsə, təqdim etdiyimiz playerin lisenziyası deaktiv edilir. Bu addım lisenziyası yüksək olan proqram təminatlarının ədalətli istifadəsini təmin etmək məqsədi daşıyır.
Coğrafi məhdudiyyətlər
Azərbaycanda satılan abunəliklər xaricə köçən istifadəçilər üçün texniki baxımdan işləməyə bilər. Ölkə dəyişildiyi təqdirdə bu barədə bizə məlumat verilməlidir. Əgər abunəlik "Azərbaycanda baxılacaq" qeydilə alınıb, lakin faktiki olaraq xarici ölkədən istifadə edilərsə, xidmət dayandırıla bilər. Ölkəyə görə qiymət fərqi yalnız həmin ölkənin vətəndaşlarına aiddir. Azərbaycan vətəndaşları üçün qiymət dəyişmir.
Kanal, film və serial istəkləri
İstifadəçi tərəfindən kanal, film və ya serial istəyi qəbul edilmir. Ən son filmlər və seriallar sistemə avtomatik şəkildə əlavə olunur. Kanallar daimi aktivdir və tələbə uyğun olaraq yeni kanallar sistemə avtomatik əlavə edilir.
Paket dəyişikliyi
Abunəlik paketini istənilən vaxt dəyişmək mümkündür. Dəyişikliklər 30 günlük intervalın tamamında həyata keçirilir. Əgər mövcud paketinizdə ciddi problem yaranarsa və bu problem texniki heyətimiz tərəfindən 24 saat ərzində aradan qaldırılmazsa, paketiniz dərhal və sizin istəyinizə uyğun olaraq daha üstün paketlə əvəz edilə bilər.
İaşə obyektlərində istifadə
Ev istifadəsi üçün nəzərdə tutulmuş abunəlik iaşə obyektlərində (kafe, restoran, zal və s.) istifadə edilə bilməz. Biz iaşə obyektlərinə xidmət göstərmirik və bu cür istifadəyə görə abunəlik dərhal deaktiv edilə bilər.
Xüsusi qeyd
İstifadəçinin internet təminatçısına görə yarana biləcək problemə görə məsuliyyət daşımırıq. Bu səbəbdən qoşulma zamanı qeyd etdiyiniz provayderinizi sonradan dəyişən zaman və ya ünvanınızı dəyişdirən zaman bizə məlumat verməyiniz mütləqdir.